Daşkəsəndə tütünün sağlamlığa mənfi təsiri barədə reklam lövhələri yerləşdirilmiş, maarifləndirici söhbət aparılmışdır.
17 avqust 2023 | 10:02
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən fəal gənclərlə birlikdə sağlam həyat tərzinin təbliği məqsədilə ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə reklam lövhələri yerləşdirilmiş, maarifləndirici söhbət aparılmışdır.
Sakinlərlə söhbət zamanı qeyd olunmuşdur ki, siqaret çəkmək ən çox yayılmış vərdişdir ki, insan orqanizminə böyük zərər gətirir və gələcək fəaliyyətinə maneə törədir. Siqaretdən sağlamlıq naminə imtina edilməlidir.