Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə turizmin inkişafı məqsədilə “Ekologiya sahəsində ictimai maraqların dəstəklənməsi” mövzusunda tədbir keçirilmişdir.

18 avqust 2023 | 18:14

Daşkəsən rayonunun Əmirvar kəndində Rayon İcra Hakimiyyətinin və Səma və Eko” sosial-iqtisadi inkişafa yardım İctimai Birliyinin (Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə) təşkilatçılığı ilə turizmin inkişafı məqsədilə “Ekologiya sahəsində ictimai maraqların dəstəklənməsi” mövzusunda  tədbir keçirilmişdir.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova və kənd sakinləri iştirak etmişlər.

Rayonun movcud turizm potensialı ilə bağlı müzakirələr, ekologiyanın qorunması, çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı maarifləndirici söhbətlər aparılmışdir. Tədbirin sonunda ərazidə iməcilik keçirilmişdir.

Keçidlər