DAŞKƏSƏNDƏ TAM (11 İLLİK) ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ BURAXILIŞ İMTAHANI UĞURLA BAŞA ÇATIB
Martın 12-də Dövlət İmtahan Mərkəzinin Daşkəsən rayonunun 26 tam orta məktəbinin 11-ci sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanında 220 məzunun iştirakı nəzərdə tutulub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin təhlükəsizlik məqsədilə aidiyyəti üzrə tapşırığına əsasən rayonun polis əməkdaşları tərəfindən imtahan keçirilən Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin binasının mühafizə edilməsi, buraxılış rejiminin təşkili, imtahan sənədlərinin çatdırılmasına görə polis patrul xidməti maşınının ayrılması, səhiyyə və dövlət yanğından mühafizə xidməti, həmçinin binanın fasiləsiz su, işıq və qazla təminatı həyata keçirilib.
İmtahan binası martın 11-i saat 09:00-dan möhürlənərək polis əməkdaşlarına təhvil verilib.
İmtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilərək kütləviliyin və təmas hallarının qarşısı alınıb.
Üç saat davam edən imtahan mövcud təlimata uyğun keçib və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini