Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə şəhid ailələrinin ziyarətləri davam etdirilir.

25 sentyabr 2023 | 18:06

27 sentyabr - Anım Günü ərəfəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühahizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri ictimaiyyət nümayəndələri ilə birgə şəhid ailələri ilə görüşlər keçirirlər.

Şəhid ailələri ilə keçirilən görüşlərdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun böyük şücaət göstərib işğal olunmuş torpaqlarımızı 44 gün ərzində düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və Vətən müharibəsi günlərində xalqımızın bir amal, bir məqsəd uğrunda Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşməsi xüsusi olaraq vurğulanmışdır.

Qeyd olunmuşdur ki, bu gün vətən uğrunda vuruşan, canından keçən, şücaət göstərən oğullarımız dövlətimiz və Ali Baş Komandanımız tərəfindən lazımi səviyyədə dəyərləndirilir: onlara fəxri adlar verilir, orden-medallarla təltif olunur, müavinətlər təyin edilir, xatirələri əbədiləşdirilir.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər