Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə sahibkarlıq fəaliyyətinə dair tədbir keçirilib

05 noyabr 2024 | 15:36

Noyabrın 5-də Daşkəsən rayonunun Bayan kəndində Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən maarifləndirici tədbirdə RİH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Ayaz Allahyarov, Daşkəsən KOB dostu Orxan Abbasov, Daşkəsən DAİM-in Kompüter və proqram təminatı məsələləri üzrə böyük məsləhətçi Cavid Məmmədov, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının Daşkəsən xidmət şöbəsinin baş mütəxəssisi Elvin Verdiyev, sahibkarlar və sakinlər iştirak ediblər.

Tədbirin məqsədi sahibkarların problemlərinin öyrənilməsi, investisiya imkanlarının və biznes perspektivlərinin təqdim edilməsi, dövlət-özəl sektor əməkdaşlığı modeli üzrə müzakirələrin təşkilidir.

Görüşdə vurğulanıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanda sahibkarlıq fəaliyyətinin davamlı inkişafı dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Bu gün bu sahədə ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericilik və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı və müxtəlif növ xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər həyata keçirilir. Hazırda ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılmış, güclü sahibkarlar təbəqəsi formalaşmışdır. Sahibkarlığın inkişafının ən vacib komponentlərindən biri də sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərin maarifləndirilməsi, onlara zəruri biliklərin, praktik bacarıqların, beynəlxalq təcrübənin aşılanması, konsaltinq və innovasiya xidmətlərinin göstərilməsidir.

Mövzu ətrafında çıxışlardan sonra sahibkarların və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərin fikirləri dinlənilib, müraciətləri qeydə alınıb və sualları cavablandırılıb. Habelə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində rayonda görülən işlər, yaşıl iqtisadiyyatın üstünlükləri barədə danışılıb.

Keçidlər