Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ ÖVLADLIĞA GÖTÜRÜLMÜŞ, QƏYYUMLUĞA VƏ YA HİMAYƏYƏ VERİLMİŞ UŞAQLARIN AİLƏLƏRİNDƏ MONİTORINQLƏR APARILIR

08 iyul 2023 | 13:40

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.5.7-ci bəndinin icrası Daşkəsən rayonunda uğurla həyata keçirilir. Belə ki, rayon ərazisində övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrində Daşkəsən Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası tərəfindən nəzarət məqsədilə ardıcıl monitorinqlər aparılır.

Cari ilin ötən 6 ayı ərzində də rayonda Komissiyanın təşkilatçılığı ilə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu bu sahədə vəziyyəti yerlərdə qiymətləndirmiş, həyata keçirilən tədbirlərin keyfiyyətini yoxlamış, həmçinin riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılıq halları olarsa, səbəblərinin araşdırılması və müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyasını yerinə yetirmişdir. Monitorinqlər zamanı uşaqların həyat şəraiti, sosial müdafiəsinin yaxşılaşdırılması, hüquqlarının müdafiəsi, təhsilə cəlb edilməsi, tərbiyə olunması, asudə vaxtlarının təşkili, zərərli vərdişlərdən qorunması, sağlamlığı prioritet hədəflər kimi qarşıya qoyulmuşdur.   

Ötən hesabat dövrü ərzində 11 ailədə, ümumilikdə 16 görüş keçirilmiş və habelə Komissiya tərəfindən uşaqların valideynləri və qanuni nümayəndələri ilə ətraflı maarifləndirmə və izahat işləri aparılmış, onlara müvafiq tövsiyələr verilmiş, müəyyən edilmiş bəzi çatışmazlıqların operativ surətdə aradan qaldırılmasına nail olunmuşdur.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın tərkibində rayonun hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə və sosial sahələr üzrə nümayəndələrin koordinasiyalı fəaliyyəti ilə rayon ərazisində övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların məişət şəraiti ilə bağlı monitorinqlər mütəmadi davam etdiriləcəkdir.  

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini  

Keçidlər