Daşkəsəndə məşğulluğa dəstək layihəsi çərçivəsində ictimai dinləmələr keçirilib.
10 avqust 2023 | 17:30
10 avqust 2023-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin və Aim Texas Trading LLC-cin birdə təşkilatçılığı ilə Dünya Bankının maliyyə dəstəyi ilə "Məşğulluğa Dəstək Layihəsi"ni tanıtmaq, hədəf qruplarını məlumatlandırmaq məqsədi ilə Daşkəsən rayon Yuxarı Daşkəsən qəsəbəsində ictimai dinləmə həyata keçirilmişdir.
İctimai dinləmədə layihənin məqsədləri, hədəf kateqoriyalar, təklif etdiyi zərflər, müraciət və iştirak qaydaları barədə məlumat verilmiş, sonda sual-cavab sessiyası keçirilmişdir.