Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə məktəblilərlə sağlam və rasional qidalanma mövzusunda maarifləndirici görüş keçirilib.

26 oktyabr 2023 | 12:57

Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbdə şagirdlərlə sağlam və rasional qidalanma mövzusunda maarifləndirmə aparılıb.

Görüşün keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nörməli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü bəndinin (Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması),  10.12.4-cü bəndinin (Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması) və 10.12.5-ci bəndinin (Xüsusi həssas əhali qruplarının sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi) icrasının təmin edilməsi məqsədini daşıyıb.

Maarifləndirməni Daşkəsən RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırıması şöbəsinin böyük məsləhətçisi Elmin Paşayev və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Rəşad Qurbanov Rayon Mərkəzi Xəstəxanasının həkimi Natiq Həsənov ilə birgə keçiriblər.

Məktəblilərə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələrindən və ya marketlərdən qida məhsulları alarkən həmin məhsulun istehsal tarixinə, saxlanma şəraitinə, zahiri görünüşünə, düzgün qablaşdırılmasına xüsusi diqqət yetirmələri tövsiyə olunmuş, onlara  bu barədə məlumatlandırıcı çap materialları paylanılmışdır.

Bu mövzuda digər məktəblərdə də şagirdlərlə görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər