Daşkəsəndə məktəblilərlə karyera planlaması mövsusunda seminar keçirilmişdir.
9-11 avqust 2023-cü il tarixlərdə Daşkəsən rayon İcra Hakimiyyəti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Daşkəsən rayon Quşçu kəndində “Kəndimə gəl” layihəsi çərçivəsində məktəblilərlə karyera planlaması mövsusunda seminar keçirilmişdir.
Layihənin məqsədi ölkəmizin ucqar kəndlərində təhsil alan məktəblilərin karyera planlaması, müasir əmək bazarının tələbləri haqqında ətraflı məlumatlandırılması olmuşdur.
Seminarda Daşkəsən rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ayaz Allahyarov, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının əməkdaşları Rüstəm Məmmədov, Səbinə Siracova, Gəncə Daşkəsən RMF-nin Daşkəsən XŞ-nin əməkdaşları Şəhriyar Kazımov, Elvin Verdiyev, “AzerGold” QSC-nin mədən mühəndisi Elburus Qasımov, SƏTƏM üzrə mütəxəssis Nəbi Məmmədov, Daşkəsən Peşə Məktəbinin istehsalat təlim ustaları Şahin Kazımov və Lalə Məmmədova iştirak etmişdir.
İştirakçılar məktəblilərə əmək bazarında olan aktual peşələr və əmək bazarı haqqında ətraflı məlumatlar vermiş, düzgün peşə seçimi ilə əlaqədar maarifləndirici söhbətlər aparmışdır.