Daşkəsəndə məişət zorakılığı ilə mübarizə mövzusunda məlumatlandırma və maarifləndirmə tədbiri keçirilib
Avqustun 29-da Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nı çərçivəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsinin, idarə, müəssisə, xidmət sahələrinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə məişət zorakılığı və onunla mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.
Giriş nitqi ilə çıxış edən RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elxan Hüseynzadə məişət zorakılığı, yaratığı fəasdlar və onunla mübarizə yollarından bəhs edib.
RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Rəşad Qurbanov isə çıxışında məişət zorakılığının əksər ailələrdə baş verdiyini, bəzən fiziki, bəzən də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunduğu diqqətə çatdırıb.
Tədbirdə həmçinin ailələrin məişət zorakılığına məruz qalmaması üçün ictimai səylərin artırılmasının vacibliyindən danışılıb, məişət zorakılığının yaranma səbəbləri və problemin həlli barədə ətraflı məlumat verilib.
Sonda mövzuya dair maarifləndirici videoçarx nümayiş etdirilib.