Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI İCTİMAİ MÜZAKİRƏ TƏŞKİL OLUNUB

07 mart 2023 | 10:46

 

Martın 6-da Daşkəsən rayonunda Azərbaycan Respublikası Prezidentinin 04.04.2022-ci il tarixli 3199 nömrəli  Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.9-cu bəndinin icrası məqsədilə ictimai müzakirə keçirilib.

İctimai müzakirədə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbər və məsul işçiləri, RİH yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri, qeyri-hökumət  təşkilatlarının və bələdiyyələrin nümayəndələri iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından yığıncaq iştirakçılarını salamlayan RİHB-nin müavini Vüqar Məmmədov çıxışında qeyd etmişdir ki, ölkə rəhbərinin imzaladığı Sərəncamın müvafiq bəndinin tələblərinə uyğun olaraq RİH-nin rəsmi saytında və müxtəlif xəbər saytlarında korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi buraxılışlar dərc edilmiş, rayonun idarə, müəssisə və təşkilatlarında kollektivlərə, habelə Daşkəsən şəhər sakinlərinə maarifləndirici bukletlər paylanılmışdır. Vüqar Məmmədov bildirmişdir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilir və bu məqsədlə çoxsaylı sərəncamlar imzalanmış və Fəaliyyət Planları müəyyən olunmuşdur. Ümummilli Liderin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra korrupsiyaya qarşı mübarizədə yeni mərhələ başlamışdır. Ulu Öndər Heydər Əliyev rəhbər vəzifəli şəxslər qarşısında dövlətçilik prinsipinin və qanunun aliliyinin hər şeydən üstün olmasını önə çəkmişdir. Korrupsiyaya qarşı mübarizə 2003-cü ildən isə dövlət siyasətinə çevrilmişdir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu istiqamətdəki fəaliyyəti, qanunvericilik bazası beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Təəssüflər olsun ki, bəzi hallarda xoşagəlməz hadisələr  yaşanır. Əsas problem kimi məmur özbaşınalığı, qanunların icrasına məmur laqeydliyi, vətəndaşların hüquqi savadsızlığından irəli gələn müqavimət zəifliyidir. Vətəndaşların korrupsiyaya qarşı müqaviməti daha yüksək olmalıdır ki, cəmiyyət sözügedən xəstəlikdən tamamilə azad olsun.

Sonra mövzuya dair RİHBA-nın Hüquq şöbəsinin müdiri Ruslan Məmmədəliyev və Rayon Polis şöbəsinin rəis müavini, polis mayoru Vüsal Qurbanov iclas iştirakçılarına geniş məlumat verərək vurğulamışlar ki, ölkədə ictimai nəzarət mexanizmlərinin gücləndirilməsində vətəndaş cəmiyyəti çox böyük rol oynayır. Vətəndaş cəmiyyətinin işi ümumi nəzarəti həyata keçirməkdir. Tək vətəndaş cəmiyyəti deyil, həmçinin media da bu sahədə fəal mübarizəyə qoşulmalıdır. Diqqətə çatdırılmışdır ki,  korrupsiya hüquqpozmaları barədə müraciətlərin fasiləsiz rejimdə qəbulu məqsədilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə vətəndaşlar arasında mühüm əhəmiyyətli dialoq vasitəsi rolunu oynayan “161 – Qaynar xətt” Əlaqə Mərkəzi yaradılmışdır. Müxtəlif qurumların fəaliyyətindən narazı qalan rayon sakinlərdən də bu xidmətdən istifadə edənlər var. Müraciətlər dərhal araşdırılır və aidiyyəti üzrə hüquqi tədbirlər görülür.

Müzakirələrin yekununda “Korrupsiyaya qarşı hamılıqla mübarizə” sənədli filminə baxış keçilib.

 

Elmar Əliyev- Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

 

Keçidlər