Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ KƏND TƏSƏRRÜFATI HEYVANLARININ CİNS TƏRKİBİNİN YAXŞILAŞDIRILMASI İSTİQAMƏTİNDƏ İŞLƏR DAVAM ETDİRİLİR

28 aprel 2023 | 14:41

Dövlətimizin ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edərək aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirir. Xüsusilə ötən dövrdə bu sahədə qəbul edilmiş dövlət proqramları müasir dövrdə ərzaq təhlükəsizliyinin necə böyük önəmə malik olduğunu göstərir. Bu gün aqrar sahədə mühüm istiqamətlərdən birini də heyvandarlığın inkişafı təşkil edir.

Heyvandarlığın inkişafında məhsuldarlığın yüksəlməsi başlıca məqsədlərdəndir. Müasir dövrdə isə bu tələbat süni mayalanma tədbirlərinin həyata keçirilməsi ilə ödənilir. Çünki süni mayalanma heyvanlarda baş sayının artırılması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılmasında da mühüm rol oynayır.

Hazırda Daşkəsən rayonunda aqrar sektorun müxtəlif sahələri ilə yanaşı, heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində işlərin ardıcıl surətdə aparılmasına başlanılıb. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiyanın verilməsi təsərrüfat sahiblərinin heyvandarlığın inkişafında bu üsuldan geniş istifadə etmələrinə marağı daha da artırıb.

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.3.29.2-ci bəndinin tələblərinə uyğun olaraq Daşkəsən rayonunda bu sahədə müvafiq işlər aparılır və icrası Rayon İcra Hakimiyyəti və Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi tərəfindən daim nəzarətdə saxlanılır.

Təkcə Daşkəsən rayonunda 2022-ci il ərzində 585 baş iribuynuzlu heyvanlarda süni mayalandırma işləri aparılmış, mayalandırılmış heyvanlardan 273 baş buzov alınmışdır.

2023-cü ilin ötən dövründə isə mayalandırılmış heyvanlardan 176 baş buzov alınmış və 135 baş mal-qarada süni mayalandırma işləri aparılmışdır.

Yerli fermerlər və kənd sakinləri tərəfindən daxil olan müraciətlər əsasında süni mayalanma üçün istifadə olunan toxumlar Respublika Damazlıq Mərkəzindən alınaraq xüsusi avadanlıqlarla təmin olunmuş süni mayalandırma texnikləri tərəfindən həyata keçirilir.

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər