Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ İŞSİZ ŞƏXSLƏRİN MƏŞĞULLUQ İMKANLARININ GENİŞLƏNDİRİLMƏSİ , SOSİAL CƏHƏTDƏN HƏSSAS ƏHALİ QRUPUNA GÖSTƏRİLƏN SOSİAL XİDMƏTLƏRİN İNKİŞAFI İSTIQAMƏTLƏRİ BARƏDƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB

02 noyabr 2023 | 14:38

Fevralın 2-də Daşkəsən rayonunun Qabaqtəpə kəndində kənd yerlərində sosial cəhətdən həssas əhali qruplarının, xüsusilə aztəminatlı ailələrin, qadınların, gənclərin və əlilliyi olan şəxslərin potensial imkanları nəzərə alınaraq cəmiyyətdə fəal iştiraklarının dəstəklənməsi, əmək bazarına inteqrasiya olunmaları, aktiv məşğulluq tədbirlərinə cəlb edilmələri və əlilliyi olan şəxslər, xüsusilə gənclər üçün sosial reabilitasiya işinin gücləndirilməsi üçün maarifləndirici görüş keçirilib.

Daşkəsən rayonunun Qabaqtəpə kəndində kənd yerlərində sosial cəhətdən həssas əhali qruplarının, xüsusilə aztəminatlı ailələrin, qadınların, gənclərin və əlilliyi olan şəxslərin potensial imkanları nəzərə alınaraq cəmiyyətdə fəal iştiraklarının dəstəklənməsi, xüsusi qayği və diqqətə ehtiyacı olan şəxslərə göstərilən sosial xidmət istiqamətləri, əlilliyi olan şəxslər,  gənclər üçün sosial reabilitasiya işinin gücləndirilməsi  məqsədilə maarifləndirici görüş keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Dövlət Məşğulluq Agentliyinin rayon xidmət şöbəsinin, Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialının əməkdaşları tərəfindən təşkil edilən görüş eyni zamanda “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı müvafiq  bəndlərinin icrası məqsədi daşıyıb.

Tədbirdə çıxış edən RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Nüsrət Süleymanov rayon ərazisində əhalinin məşğulluğunun yaxşılaşdırılması və bu sahədə görülən işlər barədə ətraflı məlumat verib.

Dövlət Məşğulluq Agentliyinin rayon xidmət şöbəsinin məsul işçisi Elvin Verdiyev tədbir iştirakçılarına bildirib ki, işsiz və işaxtaran vətəndaşlar əsasən Gəncə şəhərində yerləşən müasir tələblərə cavab verən regional peşə təhsil mərkəzinə və Daşkəsən rayon Peşə məktəbinə göndərilir. Həmin şəxslər peşə təlimi müddətində müavinətlə və peşə təhsilini başa vurduqdan sonra sertifikatla təmin olunurlar. Dövlət Məşğulluq Agentliyi tərəfindən sertifikat əldə etmiş şəxslərin vakansiyasını elan etmiş müəssisələrə ixtisaslı işçi kimi təklif edildiyini qeyd edib. Elvin Verdiyev Dövlət Məşğulluq Agentliyinin məşğulluq sahəsində göstərdiyi digər xidmətlər barədə də müvafiq məlumatlar verib.

Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialının əməkdaşı Mətləb Vəliyev “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrasında nəzərdə tutulan tədbirlərdə sosial xidmət istiqamətləri və gözlənilən nəticələr, eyni zamanda rayon ərazisində göstərilən sosial xidmətlər, bununla bağlı mövcud vəziyyət barədə məlumat verib. Qeyd edib ki, Dövlət Proqramında əhalinin bütün həssas qruplarına göstərilən sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, xidmətlərə əlçatanlığın təmin edilməsi və sosial səmərəlilik prinsiplərinin gerçəkləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi hədəf kimi nəzərdə tutulmuşdur. Həmin proqramın 8.5.2-bəndində qeyd edilmiş himayədar ailə institutunun inkişafına hədəflənən tədbirlərin həyata keçirilməsinin cəmiyyətdə uşaqların himayəyə götürülməsinə müsbət münasibətin formalaşdırılmasında və himayədar ailə modelinin qayğıdan məhrum uşaqların cəmiyyətə inteqrasiyasında  uşaqların mənafeyi naminə uğurlu  nəticələri  haqqında məlumat verilib. Qeyd edildi ki, “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların müqavilə əsasında müvəqqəti ailə yanında yerləşdirilməsini nəzərdə tutan alternativ uşaq qayğı modelidir. “Himayədar ailə” qayğı modelində himayədar ailələr müqavilə əsasında onların yanına yerləşdirilmiş uşaqların qidalanması, təhsili, sağlamlığı, fiziki və əqli inkişafının qeydinə qalır, onların ailə mühitində böyüməsinə şərait yaradır  və buna görə dövlət tərəfindən müəyyənləşdirilən stimullaşdırıcı dəstək mexanizmlərindən istifadə edirlər.

RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəxri Həsənov isə diqqətə çatdırıb ki, ötən dövrdə 5 nəfər Vətən müharibəsi əlili Sosial Xidmətlər Agentliyinin peşə reabilitasiya mərkəzində peşə hazırlığı kursuna cəlb edilmişdir. Sağlamlıq imkanları məhdud gənclərə peşə reabilitasiya mərkəzlərində yaradılmış müasir şərait, texniki və tibbi imkanlar barədə ətraflı məlumat verib və həmin kateqoriyaya aid şəxslərə göndərişin verilməsi ilə bağlı aidiyyəti üzrə müraciət etmələrini təklif edib.

Müzakirə şəraitində keçən görüşdə müxtəlif suallar cavablandırılıb və müraciətlərin qeydiyyatı aparılıb.

Keçidlər