Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ İNZİBATİ ƏRAZİ DAİRƏSİ ÜZRƏ NÜMAYƏNDƏLİKLƏRİN ƏMƏKDAŞLARINA VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARININ DÖVLƏT QEYDİYYATI SAHƏSİNDƏ ELEKTRON XİDMƏTLƏRİN TƏTBİQİ İLƏ BAĞLI TƏLİM KEÇİRİLİB

24 fevral 2023 | 12:12

Fevralın 24-də Daşkəsən Rayon İcra Hakimiyyətinin akt zalında inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin iştirakı ilə təşkil olunmuş təlimdə RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Orxan Həsənov və Daşkəsən rayon Qeydiyyat Şöbəsinin rəisi Ceyhun Qurbanov mövzu ilə bağlı məruzə ilə çıxışlar ediblər.

Orxan Həsənov RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işləri sahəsində görülən işləri diqqətə çatdırıb və qarşıda duran vəzifələri qeyd edib. Onu da bildirib ki, təlim keçirilməsində əsas məqsədlər biri Azərbaycan Respublikası Prezidentinin  “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında”  23 sentyabr 2020-ci il tarixli 1160 nömrəli  Fərmanının 8-ci bəndinin, yəni yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən doğumun və ölümün dövlət qeydiyyatı ilə bağlı sənədlərin elektron sənəd formasında tərtib edilməsini, eləcə də bələdiyyələrlə birlikdə vətəndaşların dəfni barədə məlumatların həmin gün Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə və Dəfnlərin vahid dövlət reyestrinə daxil edilməsi ilə bağlı işlərin vəziyyətini müzakirə etməkdir.

Ceyhun Qurbanov isə çıxışında vurğulayıb ki, hüquq və vəzifələrinin meydana gəlməsi, dəyişdirilməsi və onlara xitam verilməsinə səbəb olan hadisələr və vətəndaşların hərəkətləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı vasitəsilə rəsmiləşdirilir. Fiziki şəxsin hüquqi statusu və onun qeydiyyatı mülki hüquqi münasibətlərin yaranmasının əsasıdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi insan hüquqlarının qorunması, sosial-müdafiə proqramlarının həyata keçirilməsi, ailə sağlamlığının təmin edilməsi, əhalinin mənəvi sağlamlığının müdafiə edilməsi və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqi və sosial proseslərdə vacib rol oynayır.

Müzakirə şəraitində keçən təlimdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə məlumatlar, doğumun, nikahın və ölümün dövlət qeydiyyatı ilə bağlı məlumatların müvafiq informasiya sisteminə ötürülmə forması nümayəndəliklərə bir daha əyani izah edilib və suallar cavablandırılıb.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər