DAŞKƏSƏNDƏ “HEYDƏR ƏLİYEV İLİ”NƏ HƏSR OLUNMUŞ YÜNGÜL ATLETİKA ÜZRƏ YENİYETMƏ VƏ GƏNCLƏR ARASINDA RAYON BİRİNCİLİYİ KEÇİRİLİB
İyunun 8-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin və rayon üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən keçirilən yüngül atletika üzrə yeniyetmə və gənclər arasında yarışın əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov açılış nitqində bildirib ki, Ümummilli Lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etmişdir. Ulu Öndərimiz Heydər Əliyevin bu sahədə həyata keçirdiyi uğurlu siyasət gənc nəslin hərtərəfli inkişafına, mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət göstərmişdir. Ümummilli Liderimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu siyasət idmana göstərilən dövlət qayğısı ilə də öz əksini tapır. Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın müxtəlif bölgələrində olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi buna əyani sübutdur.
Birincilikdə ümumilikdə 35 nəfər iştirakçı edərək yüngül atletikanın 100, 200 metr məsafəyə qaçış və top atma növləri üzrə qalib olmaq üçün güclərini sınayıb.
Gərgin rəqabət şəraitində keçən yarışın sonunda qaliblər təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatlandırılıb.
Elmar Əliyev – VÜQARLI
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini