Daşkəsəndə “Heydər Əliyev İli”nə həsr olunmuş konsert verilib
Oktyabrın 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayon Mədəniyyət Mərkəzinin, rayon üzrə Gənclər və İdman sektorunun və rayon Uşaq İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində təsdiq edilmiş Tədbirlər Planına uğunolaraq konsert proqramı keçirilib.
Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə RİH-in məsul əməkdaşları, mədəniyyət işçiləri, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümumilli Liderimiz Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğurunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxışlarda həmçinin 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbriklər səsləndilib və qeyd olunub ki, əldə edilmiş dövlət müstəqilliyimizin qorunub saxlanılması, Azərbaycanın müstəqil ölkə olaraq dünya dövlətləri arasında nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimizin siyasətini və ideyalarını möhtərəm Prezidentimiz cənab İlham Əliyev hazırda çox böyük uğurla davam etdirir. Bu uğurları biz həyatımızın bütün sahələrində görürük. 44 günlük İkinci Qarabağ müharibəsini şanlı qələbə ilə başa vurmağımız,işğalçı Ermənistanın faktiki təslim olması, separatçıların darmadağın edilməsivə bu ilin 15 oktyabrında Prezident cənab İlham Əliyevin Xankəndi, Ağdərə, Xocalı, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması bunun bariz nümunəsidir. Böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir.
Tədbir rayon Uşaq İncəsənət məktəbinin və Aşıqlar Birliyinin rayon bölməsinin aşıqlarının hazırladığı konsert proqramı ilə davam edib.