DAŞKƏSƏNDƏ “HEYDƏR ƏLİYEV İLİ”NƏ HƏSR EDİLMİŞ RAYON ÜZRƏ ŞAHMAT BİRİNCİLİYİ START GÖTÜRÜB
Fevralın 27-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin, rayon üzrə Təhsil Sektorunun və Uşaq, Gənclər İdman, Şahmat məktəbinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq keçirilən rayon üzrə şahmat birinciliyində ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri böyük həvəslə iştirak edirlər.
Yarışda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şahidlərimizin əziz xatirəsi anılıb.
Tədbirdə çıxış edən RİHBA-nın məsul işçisi Orxan Abbasov 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması barədə Prezident cənab İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətindən danışıb, Ümummilli Liderin həyat və fəaliyyətinin araşdırılmasının, öyrənilməsinin, gələcək nəsillərə çatdırılmasının vətəndaşlıq borcu olduğunu bildirib.
Digər çıxış edənlər də xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi xadim Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən söz açıblar. Qeyd olunub ki, Ulu Öndərin ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunədir, unudulmaz canlı tarixdir.
Sonra 35 şagirdin iştirakı ilə rayon üzrə şahmat birinciliyinə start verilib.
Martın 3-dək davam edəcək birinciliyin sonunda qaliblər mükafatlandırılacaqdır.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini