DAŞKƏSƏNDƏ “HEYDƏR ƏLİYEV İLİ” İLƏ BAĞLI RAYON MƏKTƏBLİLƏRİ ARASINDA İNŞA YAZI MÜSABİQƏSİ KEÇİRİLİB
Mayın 2-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən inşa yazı müsabiqəsi təşkil olunub.
“Heydər Əliyev İli” çərçivəsində keçirilən inşa yazı müsabiqəsi Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin və ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsi məqsədi daşıyıb.
İnşa yazı müsabiqəsinin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib.
Sonra Daşkəsən Rayon Heydər Mərkəzinin direktoru Nailə Məmmədova və RİHBA-nın məsul işçisi Kənan Qurbanov müasir müstəqil Azərbaycanın banisi, dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat yolu və dövlətçiliyimiz naminə apardığı çoxşaxəli fəaliyyəti barədə məlumat veriblər.
30-a yaxın məktəblinin iştirak etdiyi müsabiqədə şagirdlər 2 saat ərzində Ümummilli Lider Heydər Əliyevin həyatı və dövlətçilik amalları barədə inşa yazıblar.
Münsiflər heyəti yazı üçün əhəmiyyət daşıyan bir sıra meyarları nəzərə alaraq qiymətləndirmə işləri apardıqdan sonra 1-ci, 2-ci və 3-cü yerləri tutan qaliblər müəyyən olunub, onlara diplom və hədiyyələr təqdim edilib.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini