Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ "ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN HƏYAT YOLU” ADLI TƏDBİR KEÇİRİLİB

05 may 2023 | 15:05

Mayın 5-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” ilə bağlı ölkə başçısının imzaladığı müvafiq Sərəncama uyğun olaraq təsdiq edilmiş Tədbirlər Planına əsasən Daşkəsən Tarix-Diyarşünaslıq Muzeyində keçirilən “Ümummilli Lider Heydər Əliyevin həyat yolu” adlı tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Daşkəsən Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Günel Qəribova məruzəsində vurğulayıb ki, dərin zəkası, əməli fəaliyyəti ilə Azərbaycanımızın müstəqilliyinə əbədi möhür vuran Ulu Öndər Heydər Əliyev böyük tarixi missiyası ilə hər bir azərbaycanlının qəlbində əbədi məhəbbət qazanmışdır. Heydər Əliyevin keçdiyi mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli Lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq, təəssübkeşlik atdığı hər bir addımda özünü göstərmişdir. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 34 ildən artıq bir dövrü Ulu Öndərin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev xalqımızı tarixin ən çətin sınaqlarından üzüağ çıxararaq dövlətimizin davamlı tərəqqisinə nail olmuşdur. Müdrik siyasətçi Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, xalqına, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümünə çevrilmişdir. 

Daşkəsən RİHBA-nın məsul işçisi İlahə Xıdırova isə çıxışında qeyd edib ki, Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyevin ideyaları işığında böyük inkişaf yolu keçib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bütün bunlar əyani şəkildə göstərir ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin görmək istədiyi azad, demokratik, müasir və ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Ulu Öndər cismən aramızda olmasa da, onun işıqlı yolu uğurla davam edir. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur dahi Öndərimizin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.

Sonra tədbir iştirakçıları Daşkəsən Tarix-Diyarşünaslıq Muzeyinin təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin həyat yolunu və zəngin fəaliyyətini özündə əks etdirən ekspozisiyaya baxış keçiriblər.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini 

Keçidlər