Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ İSTEDADLI UŞAQLARIN VƏ GƏNCLƏRİN ƏL İŞLƏRİNDƏN İBARƏT SƏRGİ TƏŞKİL OLUNUB

05 aprel 2023 | 14:44

Aprelin 5-də “Heydər Əliyev İli” çərçivəsində təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon Heydər Əliyev Mərkəzi Uşaq İncəsənət məktəbi və Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə istedadlı uşaqların və gənclərin əl işlərindən ibarət sərgi keçirib.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi anılıb.

Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova  giriş nitqi ilə çıxış edərək deyib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev geniş və hərtərəfli fəaliyyəti ilə ölkəmizin siyasi, iqtisadi, mədəni həyatında əsaslı dönüş yaratmışdır. Müstəqil  Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. 1990-cı illərin əvvəllərində Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir mürəkkəb dövrdə Ümummilli Liderimiz bütün çətinliklərə baxmayaraq, heç bir təhlükədən çəkinmədən xalqımızı və dövlətçiliyimizi xilas etdi. Heydər Əliyev müasir Azərbaycanı gərgin zəhməti və fədakar fəaliyyəti ilə yaratdı, onun müstəqilliyini əbədi və dönməz etdi. Ölkəmizin  həyatında elə bir sahə yoxdur ki, orada Heydər Əliyevin izləri, parlaq əməlləri görünməsin. Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də özündən sonra Azərbaycanı inkişaf etdirəcək uğurlu lider – Prezidentimiz cənab İlham Əliyevi yetişdirmək oldu. Bu gün Prezidentimiz cənab İlham Əliyevin Ulu Öndərimizin siyasətini uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dinamik inkişaf edir, müasirləşir. Ötən dövrlər ərzində saysız-hesabsız möhtəşəm uğurlara imza atılıb. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı xalqımıza unudulmaz zəfər bəxş etdi, bu zəfər Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə həkk olundu.

Daşkəsən RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi İlahə Xıdırova çıxışında bildirib ki, 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdir və hər bir azərbaycanlı Ulu Öndərin 100 illik yubileyini böyük sevgi və ehtiram hissi ilə qeyd edir. Prezidentimiz cənab İlham Əliyev demişdir: “Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb”.

İlahə Xıdırova diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin irsi zəngin xəzinədir və bu irs gənc nəsillər tərəfindən dərindən öyrənilməlidir. Ulu Öndərimiz hər zaman Azərbaycan gənclərinə xüsusi diqqət və qayğı ilə yanaşmış, onların qarşısında müstəqil Azərbaycan Respublikasının yaşaması və əbədi olması üçün mühüm vəzifələr qoymuşdur. Ümummilli Lider Heydər Əliyev daim  gənclərin himayədarı olub, yeni nəslə qayğı ilə yanaşıb. Onun müəyyənləşdirdiyi siyasət bu gün də Azərbaycan gəncliyinin inkişafında mühüm rol oynayır və Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Heydər Əliyev irsinin öyrənilməsində əsas məqsəd  Ulu  Öndərin  dövlətçilik siyasətinin və azərbaycançılıq məfkurəsinin dərk edilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli Liderin böyük tarixi rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir.  

Sonra Daşkəsən rayon Heydər Əliyev Mərkəzində təşkil olunan sərgidə nümayiş etdirilən uşaqların və gənclərin əl işlərinə və rəsm əsərlərinə baxış keçirilib. Təqdim olunmuş əsərlərdə  yaradıcı dərnəklərin üzvləri olan şagird və gənclərin əl işi və rəsmlərində Ulu Öndər Heydər Əliyevin mənalı ömrünün müxtəlif anları, habelə vətənpərvərlik, qəhrəmanlıq, Vətən müharibəsinin zəfər sevinci, Şuşa mövzusu üstünlük təşkil edib. Sərgi böyük maraqla qarşılanıb.

 

 Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

 humanitar məsələlər şöbəsinin müdir müavini  

Keçidlər