Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “ƏHALİNİN MÜLKİYYƏT HÜQUQLARININ TƏMİN EDİLMƏSİ SAHƏSİNDƏ TƏDBİRLƏRİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI” MÖVZUSU MÜZAKİRƏ OLUNUB

15 mart 2023 | 12:38

Martın 15-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Ombudsmanın Qərb Regional Mərkəzi ilə birgə keçirdiyi görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr, ictimaiyyət nümayəndələri və qeyri-hökumət təşkilatlarının mənsubları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  27 dekabr 2011-ci il  tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqram”ının  2.6-cı bəndinin icra edilməsi məqsədi daşıyıb.

Giriş nitqi ilə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov diqqətə çatdırıb ki, “Azərbaycan  Respublikasında  insan hüquq  və azadlıqlarının  müdafiəsinin səmərəliliyini  artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın Daşkəsən rayonunda icrası ilə əlaqədar Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən  Tədbirlər Planı təsdiq edilmişdir. Prezident cənab İlham Əliyev tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində verilmiş tapşırıqların icrası rayonda nəzarətdə saxlanılır və hər il bu sahədə görülmüş işlər barəsində hesabatlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsmana təqdim olunur.

Habelə rayonunda əhalinin mülkiyyət və digər hüquqlarının təmin edilməsi ilə bağlı tədbirlərin səmərəliliyinin artırılması üçün mütəmadi olaraq yerlərdə seminarlar keçirilir, vətəndaşlarla maarifləndirici izahat işləri aparılır. Eyni zamanda rayonun şəhər, qəsəbə və kəndlərində səyyar qəbullar keçirilərkən vətəndaşlara hüquqi məsləhətlər verilir, ayrı-ayrı məsələlərin həlli üçün onlara lazımi köməklik göstərilir.

Ombudsmanın Qərb Regional Mərkəzinin direktoru Səbuhi Abbasov tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə minnətdarlıq edib. Vurğulayıb ki, Ümummilli Liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində dövlətçiliyimizin qorunub saxlanılması mümkün olmuş, qətiyyətli addımlar atılmış, xalqımızın rifahının yüksəldilməsi, demokratik hüquqi dövlətin, xüsusilə insan hüquq və azadlıqlarının bərqərar olmasında dinamik inkişafa nail olunmuş, ümumbəşəri dəyərlərin üstünlüyü qəbul edilmişdir. Ulu Öndər demişdir: "Hər bir insanın hüquqlarının qorunması bütün cəmiyyətin hüquqlarının qorunması deməkdir".

Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bütün sahələrdə hərtərəfli islahatlar aparılır, ölkəmiz qlobal və regional səviyyələrdə mühüm tarixi nailiyyətlərə imza atır, davamlı demokratik-hüquqi, dünyəvi inkişafın nəticəsində beynəlxalq strukturlara inteqrasiya olunur. Prezident cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində müasir Azərbaycan Respublikasının milli qanunvericiliyi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi ruhunda yeniləşməklə yanaşı, həmin hüquqların təmini üçün beynəlxalq standartlara uyğun yeni mexanizmlər yaradılmışdır.

Səbuhi Abbasov onu da qeyd edib ki, insan hüquqlarının təminatı üzrə həyata keçirilən tədbirlərin davamlılığını təmin edən Milli Fəaliyyət Proqramının ölkə başçısı tərəfindən təsdiq edilməsi insan hüquq və azadlıqlarının qorunmasının səmərəliliyinin daha da artırılmasına, yeni təfəkkürün və milli hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, mütərəqqi qanunvericilik bazasının formalaşdırılmasına xidmət göstərir.

Digər çıxışlarda isə deyilib ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüquqi dövlət quruculuğu sürətlə və uğurla gedir, qəbul edilmiş qərarlar, məhkəmə-hüquq sistemində aparılmış islahatlar, yeniliklər, eyni zamanda, dünyada mövcud olan ən mütərəqqi təcrübənin respublikamızda tətbiqi bütövlükdə ölkəmizin güclənməsinə, insan hüquqlarının müdafiəsinə imkan verir. Azərbaycanın hazırkı dinamik iqtisadi inkişafı, əhalinin rifahının yüksəlməsi, hüquqa və ədalətə söykənən mülki cəmiyyətin formalaşdırılması üçün həyata keçirilən islahatlar, o cümlədən insan hüquq və azadlıqlarının təminatı üzrə görülən genişmiqyaslı tədbirlər bundan sonra da uğurla davam etdiriləcəkdir.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər