Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ DİNİ RADİKALİZMLƏ MÜBARİZƏ MÖVZUSU MÜZAKİRƏ OLUNUB

06 mart 2023 | 09:55

Martın 6-da Daşkəsən Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizə" mövzusunda müzakirə keçirilib.

Tədbirdə RİH-nin məsul işçiləri, Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahmar Verdiyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Diqqətə çatdırılıb ki, hazırda Daşkəsən rayonunda dini vəziyyət sabitdir, bu sahəyə nəzarət tədbirləri aidiyyəti dövlət orqanları ilə birgə ardıcıl aparılır. Radikalyönümlü, habelə qeyri-ənənəvi dini cərəyanların fəaliyyəti ərazidə müşahidə olunmur. Ötən dövr ərzində rayonda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət olunmuş, həmçinin dini durumun sabitliyi və dini etiqad azadlığı sahəsində Konstitusiya prinsiplərinin qorunması təmin edilmişdir. Tərtib olunmuş qrafikə əsasən, rayonun yaşayış məntəqələrində milli və dini ayrı-seçkiliyə, qeyri-ənənəvi dini təriqətlərə qarşı mütəmadi maarifləndirmə  işləri aparılır.

Çıxışlarda dini radikalizm və ekstremizmin səbəblərindən danışılıb, yarada biləcəyi fəsadlardan bəhs edilib, Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı hörmət, anlaşma, sülh şəraitində yaşadığı bildirilib.

Diskussiyaların yekununda suallar cavablandırılıb, maarifləndirici materiallar paylanıb.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər