DAŞKƏSƏNDƏ "BİRLİK" DÜŞƏRGƏSİ KEÇİRİLİB
İyulun 11-dən 16-dək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində "Birlik" milli adət-ənənələr düşərgəsi keçirilib. Düşərgənin keçirilməsində məqsəd zəngin mədəniyyətimizin tanıdılması, adət-ənənələrin yaşadılması və geniş təbliği ilə yanaşı, "Heydər Əliyev İli" çərçivəsində təsdiq olunmuş Tədbirlər Planında nəzərdə tutulmuş "Heydər Əliyev İli"nə həsr olunan düşərgələrin təşkili ilə bağlı tapşırıqların Daşkəsən rayonunda da yerinə yetirilməsi olub.
Düşərgə müddətində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumatlar verilib, habelə maraqlı və əyləncəli tədbirlər, o cümlədən gəzintilər, təlimlər, diskusiyalar, kukla teatrı, intellektual və milli idman oyunları keçirilib.
Düşərgəyə respublikamızın müxtəlif bölgələrindən təhsildə fərqlənən gənclər, o cümlədən şəhid və qazi övladları da olmaqla, ümumilikdə 100 nəfər gənc iştirak edib.
Elmar Əliyev - Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini