Daşkəsəndə aztəminatlı ailələrin birinci sinfə gedəcək övladlarına məktəbli dəsti və məktəbli çantaları hədiyyə olunub.
25 avqust 2023 | 17:54
Daşkəsən Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəisi Nazirliyinin təşkilati dəstəyi ilə Daşkəsən rayonunda baş tutmuş xeyriyyə tədbirləri çərçivəsində “PAŞA Holdinq” tərəfindən 2-si şəhid övladı olmaqla 53 nəfər birinci sinfə qədəm qoyan şagirdə məktəbli forması dəsti və məktəbli çantaları təqdim edilib.