Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “AZƏRİQAZ”IN “AÇIQ MİKRAFON” AKSİYASI KEÇİRİLİB

24 iyun 2023 | 18:07

İyunun 24-də Daşkəsən şəhərində keçirilmiş vətəndaşların qaz təsərrüfatına dair problemlərinin yerində öyrənilməsinə xidmət edən “Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyasına Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən dəstək verilib.

Aksiyada iştirak edən sakinlər kəndlərin qazlaşdırılması, qaz sayğacının və qaz xəttinin yerinin dəyişdirilməsi və digər mövzularda müraciətlər ediblər. Səsləndirilən bütün müraciətlərin qeydiyyatı aparılıb.

“Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəisi Elman Qəmbərov vətəndaşların suallarını cavablandırıb, müvafiq tədbirlərin görüləcəyini bildirib.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər