Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Anım Günü”nə hazırlıqla əlaqədar Şəhidlər Xiyabanında təmizlik işləri aparılmış, səliqə-səhman yaradılmışdır.

26 sentyabr 2023 | 14:49

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident cənab  İlham Əliyevin      2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır.

Daşkəsən  rayonunda “Anım  Günü”  keçirilməsi ilə bağlı  Şəhidlər Xiyabanında təmizlik işləri aparılmış, səliqə-səhman yaradılmışdır.

Anım tədbirinin Daşkəsən Şəhidlər Xiyabanında 800 nəfərdən artıq rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulmuşdur. Şəhid məzarları ziyarət olunaraq ehsan süfrəsi açılacaq. Saat 12:00-da bir dəqiqəlik sükut elan edildikdən sonra şəhid valideynləri ilə birlikdə ağacəkmə aksiyası həyata keçiriləcək.

Keçidlər