DAŞKƏSƏNDƏ 9-CU SİNİF ŞAGİRDLƏRİNİN İMTAHANI KEÇİRİLİB
Aprelin 9-da Daşkəsəndə Dövlət İmtahan Mərkəzinin keçirdiyi rayonun ümumi təhsil pilləsində təhsil alan 9-cu sinif şagirdlərinin yekun attestasiyası baş tutub.
İmtahan 2 binada – Daşkəsən şəhər İ.Nəsimi adına 1 №-li və S.Vurğun adına 4 №-li tam orta məktəblərdə keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin müvafiq tapşırığı ilə imtahan keçirilən binaların polis tərəfindən mühafizəsi, habelə təcili tibbi yardım briqadalarının və yanğınsöndürən avtomobillərin xidməti yüksək səviyyədə təşkil olunub.
275 nəfər şagirdin iştirakı nəzərdə tutulan imtahan Daşkəsən Rayon İcra Hakimiyyətinin və digər aidiyyəti məsul şəxslərin nəzarəti altında uğurla yekunlaşıb.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini