Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 8 noyabr- Zəfər gününə hazırlıqla əlaqədar Ulu Öndərin abidəsinin ətrafında və Şəhidlər Xiyabanında təmizlik işləri aparılmış, səliqə-səhman yaradılmışdır.

06 noyabr 2023 | 12:43

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.

Daşkəsən  rayonunda  08 noyabr - Zəfər Gününün ildönümünün qeyd olunması ilə bağlı  Tədbirlər Planına  uyğun olaraq Ulu Öndərin abidəsinin ətrafında və  Şəhidlər Xiyabanında  təmizlik işləri aparılmış, səliqə-səhman yaradılmışdır.

08 noyabr - Zəfər Günü ilə əlaqədar  Daşkəsəndə  rayon incəsənət məktəbinin kollektivinin, tanınmış yerli və Gəncə şəhərindən dəvət olunmuş  müğənnilərin, aşıqların iştirakı ilə bayram konsertinin keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər