Daşkəsəndə 8 Noyabr – Zəfər Günü münasibətilə "Əsgərə məktub" aksiyası keçirilib.
Noyabrın 7-də Daşkəsən Rayon İcra Hakimiyyəti Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi ilə birgə 8 Noyabr – Zəfər Günü münasibətilə "Əsgərə məktub" layihəsi çərçivəsində aksiya keçiriblər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ümumtəhsil məktəblərinin şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Layihənin məqsədi ictimaiyyətlə ordu arasında əlaqələri möhkəmləndirmək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gecə-gündüz keşik çəkən, Vətənimizi düşməndən qoruyan hərbçilərə mənəvi dəstək olmaq, onların ruh yüksəkliyini daha da artırmaqdır.
Layihəyə qoşulanlar məktub yazmaqla yanaşı video çəkiliş vasitəsi ilə də ordu sıralarında xidmət edən hərbi qulluqçulara Zəfər Günü bayramı ilə bağlı təbriklərini və xoş arzularını çatdırıblar.