Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 8 noyabr - Zəfər Günü ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə əlaqədar yığıncaq keçirilmişdir

31 oktyabr 2023 | 16:42

Daşkəsən rayonu ərazisində Zəfər Gününə həsr olunmuş həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı yığıncaq keçirilib. Yığıncaqda Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, aidiyyəti idarə, müəssisə rəhbərləri, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak ediblər.

Zəfər gününün keçirilməsinə dair tədbirlər planı təsdiq edilərək icrasına məsul şəxslərə paylanılmışdır.

Daşkəsən rayonunda  Zəfər Günü ilə əlaqədar toplantıların, mədəni kütləvi tədbirlərin keçirilməsi, rayon mərkəzində banerlərdə “Xarı bülbül” və “Dəmir yumruq” emblemlərinin,  bina və eyvanlardan  Azərbaycan bayrağının asılmasının təşkili nəzərdə tutulur.

Aidiyyəti şəxslərə bütün şəhid məzarlarının və abidələrinin, şəkil lövhələrinin ətrafının abadlaşdırılması, gənclər və yeniyetmələr arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə müxtəlif tədbirlərin keçirilməsi tövsiyə edilmişdir.

8 noyabr – Zəfər Günü münasibətilə Daşkəsən rayonunda bayram konsertinin keçiriləcəyi tədbir iştirakçılarının diqqətinə çatdırılmış,  şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının həmin tədbirə dəvət edilməsi tapşırılmışdır.

Bayram günü ərəfəsində şəhid ailə üzvlərinin və qazilərin evlərində ziyarət edilməsi və onlara müxtəlif yardımların edilməsi də nəzərdə tutulmuşdur.

Keçidlər