Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

07 mart 2023 | 14:16

"Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz. Azərbaycan qadınları da öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə, eyni zamanda gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus və çox yüksək yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik". 

 

Heydər Əliyev

Ümummilli Lider

 

Martın 7-də Daşkəsən Rayon İcra Hakimiyyətində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən bayram tədbirində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları iştirak ediblər.

İcra başçısı Əhəd Abıyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın simasında bütün Azərbaycan qadınlarını əlamətdar gün münasibətilə Daşkəsən rayon ictimaiyyəti adından təbrik edib, xoş arzularını bildirib.

Əhəd Abıyev onu da deyib ki, indi respublikamızın bir çox sahələrində çalışanların böyük hissəsini qadınlar təşkil edir. Bunun təməlində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və həmin siyasi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. “Respublikamızda olduğu kimi Daşkəsən rayonunun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında qadınların böyük rolu var”, - deyən Əhəd Abıyev diqqətə çatdırıb ki, Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz layiqli töhfələrini veriblər. Xüsusilə vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, İSESKO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanım Əliyevanın haqq-ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan qadınları, eləcə də dünya qadınları üçün əsl örnəkdir.

Digər çıxış edənlər də Azərbaycan xanımlarının ünvanına xoş sözlər deyiblər, səmimi təbriklərini və arzularını çatdırıblar.

Bayram tədbirinin sonunda icra başçısı Əhəd Abıyev  hədiyyələr təqdim edib.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər