Daşkəsən RİH-də keçirilən qəbullarda vətəndaş məmnunluğu təmin edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyətində sakinlərin qəbulları keçirilir.
Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilir, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul edilirlər.
Qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilib. Səsləndilən məsələlərin Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsinə aid qismi yerindəcə həllini tapıb, digər müraciətlərin isə araşdırılaraq operativ həll olunması və zəruri tədbirlərin görülməsi barədə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən məşğulluq, yataqxana sakinlərinin yanacaq üçün odunla təminatı, bəzi kənddaxili yolların təmiri, maddi yardımların olunması, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.