Daşkəsən rayonunun Quşçu qəsəbəsində “Heydər Əliyev İli” çərçivəsində təmizlik aksiyası təşkil olunub
Oktyabrın 27-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq rayonun Quşçu qəsəbəsi ərazisindən keçən Qoşqar çayının sahilində təmizlik aksiyası keçirilib. Aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Daşkəsən rayon təşkilatının fəalları, gənc könüllülər və sakinlər iştirak ediblər.
Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin abadlıq və təmizlik ənənələri davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.
Təmizlik aksiyası zamanı Qoşqar çayının sahil zolağı plastik və digər tullantılardan təmizlənib və toplanmış tullantılar tullantı məntəqəsinə təhvil verilib.