Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun Qıyıqlı kənd sakinləri ilə səyyar görüş keçirilib.

16 avqust 2023 | 15:12

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun mütəmadi olaraq yerlərdə səyyar qəbul görüşlər keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov təsdiq olunmuş qrafikə uyğun olaraq  Qıyıqlı kənd sakinləri ilə səyyar-qəbul görüş keçirib.

Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri, İƏD üzrə nümayəndə, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

V.Məmmədov möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində  respublikamızda, eləcə də Daşkəsən rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, aparılan çox düzgün, düşünülmüş və uğurlu siyasət nəticəsində Azərbaycanın dinamik inkişaf etdiyini və əldə olunan nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib.

Qaldırılan məsələlər əsasən kənddaxili və biçənək sahələrinə gedən yolların bərpası, yeni su xəttinin, təbii qaz xəttinin çəkilməsi və digər şəxsi məsələlər barədə olub. Müraciətlərin  bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib. 

 

Keçidlər