Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun Qazaxlı kəndində növbəti səyyar görüş keçirilib.

09 avqust 2023 | 16:29

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun mütəmadi olaraq yerlərdə səyyar qəbul görüşlər keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Qazaxlı kəndində keçirib.

Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon ağsaqqallar şurasının sədrləri, İƏD üzrə nümayəndə, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

V.Məmmədov möhtərəm Prezident cənab İlham Əliyevin  diqqət və qayğısı altında respublikamızda, eləcə də Daşkəsən rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrdən,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, aparılan çox düzgün, düşünülmüş və uğurlu siyasət nəticəsində Azərbaycanın dinamik inkişaf etdiyini və əldə olunan  nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.

Sonra sakinlərin müraciətləri dinlənilib.

Sakinlərdən Sahib İsmayılov kəndə təbii qaz xəttinin çəkilməsini, Zəminə Qasımova məktəbin və kəndin internet xətti ilə təmin olunmasını, Rasim Bədəlov sel suları nəticəsində yararsız vəziyyətə düşmüş yolların bərpasını, Emin İsmayılov kənd təsərrüfatı texnikası ilə bağlı köməklik göstərilməsini, Anar Musayev ərazidə olan nasaz elektrik dayaqlarının dəyişdirilməsini və digər şəxsi məsələlər  ilə bağlı müraciətlər edilmişdir.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya, rayonda aparılan təmir-tikinti işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər