Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələri 27 sentyabr - Anım Günü ərəfəsində ziyarət edilir.

23 sentyabr 2023 | 11:32

27 sentyabr - Anım Günü ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş Daşkəsən rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilir, ərzaq və maddi yardımlar olunur, müraciətləri dinlənilir, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov ziyarət zamanı qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun Ermənistanın ardıcıl təxribatlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qələbə ilə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamlarını, silahlı qüvvələrini darmadağın etdi, uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa əlacı olmadı.

Lakin 44 günlük Vətən müharibəsinin yaratdığı reallıq işğalçı tərəfə dərs olmadı. Əgər erməni millətçiliyinin yaratdığı xəstə təxəyyül olmasaydı işğalçı Ermənistan 2020-ci il 10 noyabr  tarixli üçtərəfli bəyannamənin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirər və Azərbaycanı növbəti hərbi tədbirə- təxminən 24 saatlıq lokal xarakterli antiterror tədbirinə məcbur etməzdi. 2023-cü ilin sentyabrın 19-da başlanan antiterror tədbiri əslində 44 günlük Vətən müharibəsinin davamı kimi də xarakterizə oluna bilər. Prezident cənab İlham Əliyevin nəyi nə vaxt etmək barədə siyasi fəlsəfə məzmunlu açıqlaması vaxtında verilən düzgün siyasi qərar və onun mükəmməl icrası arasında sarsılmaz vəhdət təşkil edir. 44 günlük Vətən müharibəsində olduğu kimi bir sutkalıq lokal xarakterli antiterror tədbiri də beynəlxalq hüquqa uyğun olaraq zamanında başladı və uğurla sona çatdırıldı. Vaxtında verilən qətiyyətli hərbi-siyasi qərarların mükəmməl icrası sayəsində Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşu tam bərpa edildi. 2023-cü ildə dövlətçilik tariximizə qızıl hərflərlə yazılan antiterror tədbiri isə Ermənistanın himayədarlarına və Xankəndindəki separatçı rejimə növbəti sarsıdıcı zərbəni vurdu. Beynəlxalq hüquqa arxalanan antiteror tədbirləri nəticəsində Azərbaycan qarşıya qoyulan bütün hədəflərə nail oldu. Bütün kommunikasiyalar, yollar, yüksəkliklər nəzarətə götürüldü. Artıq ən qısa zamanda Qarabağ iqtisadi bölgəsinin bütün ərazisində Azərbaycan qanunları bərqərar olunacaq, siyasi hakimiyyətin fəaliyyəti təmin olunacaq, üçrəngli müqəddəs bayrağımız ucalacaqdır.

Eyni zamanda V.Məmmədov şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağını diqqətə çatdırıb, şəhid ailələrinin qaldırdıqları məsələləri nəzarətdə saxlayacağını və həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

Şəhid valideynləri ilə görüşdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb.

Şəhid ailələri şəhidlərə, onların ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər