Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNDA QANUNSUZ KÜÇƏ TİCARƏTİNƏ QARŞI NÖVBƏTİ REYD KEÇİRİLİB

21 iyul 2023 | 15:07

İyulun 21-də Daşkəsən Rayon İcra Hakimiyyəti, Qida Təhlükəsizliyi Agentliyi və Daşkəsən Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə Daşkəsən şəhərinin müxtəlif ərazilərində, o cümlədən mərkəzi hissəsində keçirilən növbəti nəzarət-profilaktik tədbirləri zamanı səkilərdə piyadaların hərəkətini çətinləşdirən, natəmizlik yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkar edilib. Həmin şəxslərlə maarifləndirici söhbətlər aparılaraq yalnız müəyyən edilmiş yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyi diqqətə çatdırılıb.

Aparılan profilaktik söhbətlərə və edilən xəbərdarlıqlara məhəl qoymayaraq qanunsuz fəaliyyətini davam etdirən şəxslər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Daşkəsən rayonunun ərazisində qanunsuz küçə ticarətinə qarşı reydlər bundan sonra da mütəmadi olaraq keçiriləcəkdir.

 

Elmar Əliyev - Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər