Daşkəsən rayonunda “Heydər Əliyev İli” çərçivəsində növbəti iməcilik keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq sentyabrın 1-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazində növbəti iməcilik keçirilib.
İməcilik ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək məqsədi daşıyıb.
Ümumrayon iməciliyində idarə, müəssisə və təşkilatlarının kollektivləri, çoxsaylı YAP fəalları və sakinlər böyük həvəslə fəal iştirak ediblər. Müxtəlif ərazilərdə və yol kənarlarında təmizlik işləri aparılıb, ağacların dibləri və köhnəlmiş qazon hissələr yenidən səpilməsi üçün bellənib, yaşıllığa qulluq göstərilib, səliqə-sahman yaradılıb.