DAŞKƏSƏN RAYONUNDA “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB
Aprelin 14-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Kapital Bank” ASC ilə birgə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına əsasən Daşkəsən şəhərində növbəti ağacəkmə aksiyası baş tutub.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yaşıl aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid valideynləri, qazilər, YAP fəalları, könüllülər, ziyalılar, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yerli iqlim şəraitinə uyğun 100 ədəd şam ağacı əkilib.
Əkilən ağaclara aqrotexniki qulluq göstərilib.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini