Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNDA “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB

12 aprel 2023 | 13:19

Aprelin 12-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və YAP Daşkəsən rayon təşkilatı ilə birgə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına əsasən növbəti ağacəkmə aksiyası keçirilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər, YAP fəalları, ziyalılar, sakinlər və ictimaiyyət nümayəndələri böyük həvəslə iştirak ediblər.

Yerli iqlim şəraitinə uyğun 300-dən çox ağacı əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ağacəkmə aksiyasında çıxış edərək deyib: “Bu il may ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi, müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Ölkəmizdə və onun hüdudlarından kənarda hər bir azərbaycanlı Ulu Öndərin 100 illik yubileyini böyük sevgi və ehtiramla qeyd edir. Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsində bu gün Daşkəsən rayonunda keçirilən bu növbəti ağacəkmə aksiyanın da məqsədi Ulu Öndərin ölkəmizdə ekologiyanın qorunması və təbiətə qayğı ənənələrini davam etdirmək, həmçinin dahi rəhbər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ekoloji siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ətraf mühitin mühafizəsi məsələsi ölkəmizin inkişaf strategiyasının tərkib hissəsidir. Eyni zamanda Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın ətraf mühitin sağlamlaşdırılması, ölkəmizin yaşıllıqlar diyarına çevrilməsi naminə gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Bu gün Azərbaycan dövləti və ictimaiyyəti qanunsuz silahlı dəstələrə, ermənilərlə əlbir olan havadarlarına, Qarabağ iqtisadi rayonunda Azərbaycanın milli təbii sərvətlərini talayanlara, suveren ərazimizdən narkotik daşınması üçün tranzit kimi istifadə edənlərə və ekoloji terrora, digər törəmə fəsadlara  göz yummayacaq, Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısı qətiyyətlə alınacaq, Qərbi Azərbaycana böyük qayıdış bərpa olunacaq, daim Ulu Öndərimizin Azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərimizin və Azərbaycan-Türkiyə birgə maraqlarımızın qorunmasına, sülhə və sabitliyə çalışacaqdır. Prezidentimizin bu barədə belə bir tarixi kəlamı var: “Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq”. 

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər