Daşkəsən rayonunda evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahıllar üçün Xoşbulaq kəndində görüş təşkil edilib
14 oktyabr 2024 | 12:09
Oktyabrın 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən Regional Filialının təşkilatçılığı ilə evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahılların asudə vaxtının səmərəli təşkili üçün Xoşbulaq kəndində tədbir keçirilib.
Tədbirdə Daşkəsən rayonunda bu xidmətdən yararlanan ahıl şəxslər iştirak ediblər.
Həssas əhali qruplarından olan şəxslərin cəmiyyətə inteqrasiyası və sosial reabilitasiyası məqsədi daşıyan görüş çərçivəsində iştirakçılar gəzinti, müxtəlif oyun və əyləncəli proqrama cəlb olunublar. Tədbir çay süfrəsi ətrafında səmimi söhbətlərlə davam edib.