Daşkəsən rayonunda 8 Noyabr – Zəfər günü ilə bağlı iməcilik keçirilib, abadlaşdırma işləri aparılıb
04 noyabr 2023 | 11:04
Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər günü ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq rayonun Yuxarı Daşkəsən qəsəbəsi ərazisində iməcilik keçirilib, abadlaşdırma işləri aparılıb. Aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Daşkəsən rayon təşkilatının fəalları, gənc könüllülər və sakinlər iştirak ediblər.
Aksiyanın məqsədi Zəfər günü ərəfəsində ərazidə səliqə-səhmanın yaradılması, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.
Təmizlik aksiyası zamanı ərazi plastik və digər tullantılardan təmizlənərək aidiyyəti üzə təhvil verilib.