Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNA YAĞAN GÜCLÜ LEYSAN YAĞIŞLARI BİR SIRA FƏSADLAR TÖRƏDİB

25 may 2023 | 12:43

Mayın 25-i saat 19:00 radələrindən başlayaraq Daşkəsən rayonu ərazisinə güclü leysan yağışları yağıb.

Leysan yağışları rayon mərkəzi də daxil olmaqla ayrı-ayrı kəndlərdə bəzi elektrik transformatorlarına və dirəklərinə, qaz xətlərinə, fərdi yaşayış evlərinin dam örtüklərinə, əkin sahələrinə, meyvə bağlarına zərər vurub, yollarda sel-sularının gətirdiyi palçıq kütlələri və qaya daşları nəqliyyatın hərəkətinə çətinliklər yaranıb.

Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən axşam saatlarından başlayaraq dərhal daxili imkanlar hesabına qabaqlayıcı tədbirlər görülüb,  yerli idarə və xidmət sahələrinə tapşırıqlar verilib.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

Humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər