Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON POLİS ŞÖBƏSİ 8 MART MÜNASİBƏTİLƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN QIZ ÖVLADLARINI EVLƏRİNDƏ TƏBRİK EDİB

08 mart 2023 | 11:05

Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Seymur Əfəndiyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Vətən müharibəsində şəhid olmuş daşkəsənli hərbçilərimizin  ailələrini ziyarət edib.

Seymur Əfəndiyev vurğulayıb ki, hər birimiz üçün əziz olan şəhidlərimizin xatirəsi qəlbimizdə daim yaşayacaqdır.  

Polis rəisi və Şöbənin əməkdaşları şəhidlərin qadın ailə üzvlərini və qız övladlarını təbrik edərək gətirdikləri hədiyyələri təqdim ediblər, onların qayğıları ilə maraqlanıblar.

Torpaqlarımızın işğaldan azad edilməsində canından keçən oğullarımızın ailə üzvləri onlara göstərilən diqqətə və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər