Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ AĞACƏKMƏ AKSİYASI KEÇİRİB

05 aprel 2023 | 14:08

Aprelin 5-də Daşkəsən rayon Məhkəməsinin təşkilatçılığı ilə Daşkəsən şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Daşkəsən rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Mustafa Mustafayev, rayon prokuroru Şahin İmanov, Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, rayon İcra Hakimiyyətinin əməkdaşları, məhkəmə işçiləri və fəallar iştirak ediblər.

Aksiya çərçivəsində Daşkəsən şəhərinin girişində rayonun iqliminə uyğun çoxsaylı cökə ağacları əkilərək suvarılıb. Ağaclara mütəmadi olaraq qulluq göstəriləcəkdir.

Daşkəsən Rayon Məhkəməsinin sədri Mustafa Mustafayev deyib: “Təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların genişləndirilməsi Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ümummilli Liderin əsasını qoyduğu ekoloji siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən Rayon Məhkəməsinin keçirdiyi bugünkü ağacəkmə aksiyasının da məqsədi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, rayonda ekologiyanın qorunması, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasıdır”.

 

Elmar Əliyev-Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və 
humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər