Daşkəsən Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilmişdir.
25 avqust 2023 | 16:08
Daşkəsən Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti dəfə fərdi qaydada qəbulu keçirilmişdir. Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Qəbula yazılmış vətəndaşların müraciətləri dinlənilmişdir. Müraciətlər müvafiq işlə təmin olunma, məişət tullantılarının vaxtında daşınması və digər məsələlərlə bağlı olmuşdur.
Dinlənilmiş müraciətlərin və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.