Daşkəsən Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib
Prezident cənab İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə məqsədilə həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov rayon sakinlərini qəbul edərək, onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.
Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən əlillik təyinatının bərpası, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
Qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilib, qaldırılan bütün məsələlər nəzarətə götürülüb, hər bir məsələnin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.