DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ YANINDA MƏŞĞULLUĞA KÖMƏK GÖSTƏRƏN ƏLAQƏLƏNDİRMƏ KOMİTƏSİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB
27 iyul 2023-cü il tarixində Daşkəsən Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin növbəti iclası keçirilib.
RİH-in yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin sədri, RİHB-nin müavini Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Gəncə-Daşkəsən regional Məşğulluq Filialının, rayon Polis şöbəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektorunun, Daşkəsən rayon Statistika idarəsinin, Daşkəsən rayonu üzrə Maliyyə şöbəsinin, Gəncə-Daşkəsən Gənclər və İdman Baş İdarəsinin Daşkəsən rayonu üzrə Gənclər və İdman sektorunun , Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin Daşkəsən rayon şöbəsinin, ƏƏSMN-yi tabeliyində DSMF-u publik hüquqi şəxsin Gəncə-Daşkəsən regional filialının Daşkəsən rayon qəbul şöbəsinin, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Monitorinq şöbəsinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə -Daşkəsən regional şöbəsinin və Daşkəsən rayon bələdiyyələr şurasının rəhbər və məsul işçiləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov iclası giriş sözü ilə açaraq rayon əhalisinin məşğulluğunu təmin etmək üçün Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında yaradılmış məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən görülən işlər barədə ətraflı məlumat verərək, əhalinin məşğulluğunun təmin olunması istiqamətində rayonda məqsədyönlü işlərin görüldüyünü bildirib.
V.Məmmədov əlaqələndirmə komitələrinin vəzifələri bir daha xatırladaraq qeyd etmişdir ki, yerli əlaqələndirmə komitəsinin mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə birlikdə məşğulluğun təmin edilməsinə yönəldilmiş iclaslar 2023-cü il üçün iş planı uyğun keçirilir.
Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri cənab Əli Əhmədovun sədrliyi ilə Bakı şəhərində 02 iyun 2023-cü il tarixdə Komissiyanın Məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrinin rəhbərləri ilə keçirilmiş 14-cü iclasında verilmiş tapşırıqların yerinə yetirilməsi ilə bağlı qeyri-formal məşğulluqla mübarizə sahəsində əldə edilmiş nailiyyətlər, qarşıda duran vəzifələr, yerli komitələr tərəfindən aylıq təqdim edilmiş hesabatların vəziyyəti, qeyri-formal məşğulluğun regionlar üzrə faiz göstəriciləri müzakirə edilmişdir.
Daha sonra iclasda rayonda muzdla işləyənlərin sayının məşğul əhalinin sayına nisbətən artılması istiqamətləri müəyyənləşdirilmişdir.
İyunun 7-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, KOBİA-nın və Gəncə Regional Turizm İdarəsinin dəstəyi və Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının təşkilatçılığı ilə Daşkəsən şəhər Mədəniyyət Mərkəzində dövlət, özəl və sahibkarlıq subyektlərinin iştirakı ilə keçirilən əmək yarmarkası müsbət iş kimi qeyd olunub. Yarmarkada işaxtaranlara 200-ə yaxın iş yeri təklif olunduğu və işlə təmin olunmaq üçün sahibkarlar tərəfindən qeydiyyatların aparıldığı iclas iştirakçılarının diqqətinə çatdırılıb.
İclasda mövzu ilə bağlı komitə üzvləri tərəfindən fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.