DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ SƏLAHİYYƏTLƏRİNİ MÜVƏQQƏTİ İCRA EDƏN VÜQAR MƏMMƏDOV QUYTUL KƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB
İyulun 21-də Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədovun rayonun Quytul kəndində keçirdiyi vətəndaşların səyyar qəbulunda Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Sakinləri fərdi qaydada dinləyən Vüqar Məmmədov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də yuxarı qurumlara çatdırılması üçün qeydiyyata götürülüb.
Qəbulda iştirak edən Quytul kənd sakinləri vətəndaşların problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, təsdiq olunmuş qrafikə uyğun olaraq digər yaşayış məntəqələrində də sakinlərlə səyyar görüşlər davam etdiriləcəkdir.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini