Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Çaykənd kəndinin sakinləri ilə görüş keçirilib.

20 sentyabr 2023 | 15:34

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Daşkəsən Rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir.

Yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirilib.

Rayonun Çaykənd kəndində keçirilən səyyar qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə müəssisələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

Qəbulda Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov çıxış edərək “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ölkəmizdə, o cümlədən Daşkəsəndə aparılan abadlıq və quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri barədə kənd sakinlərinə məlumat verib.

Həmçinin bildirilib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır. Bütün ölkə ərazisində olduğu kimi, Daşkəsən rayonunda da şəhid ailələrinə, qazilərə diqqət və qayğı davamlı olaraq göstərilir. 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının şanlı zəfər tarixi olduğunu söyləyərək qeyd edib ki, Vətən müharibəsində adları tarixə qızıl hərflərlə yazılan şəhidlərimiz daim hörmət və ehtiramla yad edilir.

Qəbul zamanı kənd sakinlərinin arzu və təklifləri dinlənilərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar yerlərdə kənd sakinlərinin müraciətlərinə baxılması üçün belə səyyar görüşlərin keçirilməsindən məmnunluqlarını bildirərək, onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər